Müsəlman erməninin cənazəsi qalmaqal yaratdı
Türkiyədə müsəlman erməninin cənazəsi qalmaqala səbəb olub.
TalyshPost anspress-ə istinadən xəbər verir ki, 4-ü xristian, 7-si müsəlman uşağı olan 84 yaşlı erməni əsilli Fərman Gezin ölümü ailəni iki yerə bölüb.
Gez 60 il öncə İslamı qəbul edib. Həyat yoldaşı isə ailə quranda müsəlman olsada sonradan xristianlığı qəbul edib. Cütlük 11 uşağından bəzilərini qohularının adına qeydiyyata saldırmalı olub.
Göz əməliyyatından sonra ölən yaşlı kişinin xristian və ya müsəlman qaydalarına uyğun dəfn edilib-edilməməsi məsələsi gündəmə gəlib. Belə ki, müsəlman ailələr atalarının cənazəsinin məscid, digərləri isə kilsədən götürülməsini istəyiblər.
Uşaqların sözlərinə görə, ataları ömür boyu namaz qılıb, oruc tutub. Hətta Həcc ziyarətinə getmək üçün müraciət edib. Ferman Gəzin övladlarının sözərinə görə, onların anası və xristian olan 4 bacı-qardaşı ataları ilə 20 il ərzində maraqlanmayıblar.
Övladların mübahisəsinə dindarlar aydınlıq gətiriblər. Belə ki, onlar mərhumun həyat yoldaşının istəyinin əsas olduğunu deyiblər. Bundan sonra Gezin cənazəsi xristian həyat yoldaşının arzusuna uyğun olaraq kilsədən çıxarılıb.
TalyshPost.org













