Müdafiə naziri İrana səfər edib
Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasına rəsmi səfəri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun səfəri İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə reallaşacaq. Səfər 14-15 aprel tarixlərində olacaq.
Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır...
Talysh Post.org













