Главная » 2014 » Июнь » 14 » Mübariz Mənsimov türkləri təəccübləndirdi- Bodrumda ilk

Mübariz Mənsimov türkləri təəccübləndirdi- Bodrumda ilk

15-06-2014 в 00:55 просмотров: 303 комментариев: 0 В мире

Bodruma ilk dəfə gətirilən, həm quruda, həm dənizdə sürülə bilən “Quadski” adlı avtomobil-skuteri görənlər təəccüblərini gizlədə bilməyiblər. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı biznesmen, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov tərəfindən gətirilən «Quadski» adlı bu cihaz 5 dəqiqəyə skuterə çevrilə bilmək xüsusiyyətinə malikdir.

Avtomobil-skuterin sınaq istifadəsinə şirkətin texniki heyəti və istehsalçı firma “GİBBS”-in texnikləri də qoşulublar. «Quadski» 140 at gücündədir və saatda 72 kilometr sürətlə hərəkət edir. 56 litrlik benzin anbarına malik olan bu avtomobil-skuter 590 kilo ağırlığındadır.

Təxminən 55 min dollarlıq dəyəri olan və suda 2 saat qala bilən “Quadski”nin sadəcə Mübariz Mənsimov tərəfindən istifadə ediləcəyi deyilir.

 
 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org