Главная » 2014 » Ноябрь » 7 » Moskvada hərbi parad

Moskvada hərbi parad

07-11-2014 в 13:13 просмотров: 196 комментариев: 0 В мире

Rusiyanın paytaxtı Moskvada hərbi parad keçirilib. Parad 1941-ci il noyabrın 7-də keçirilmiş əfsanəvi paradın ildönümü münasibətilə təşkil olunub. 

TalyshPost xəbər verir ki, "Rossiya 24" telekanalının məlumatına görə, Kreml divarları yaxınlığından həmin illərin hərbi geyimində olan parad iştirakçıları yürüş edib. Yürüşdə 6 min adam iştirak edib. Onlar Moskvanın müxtəlif yönümlü hərbi məktəblərinin kursantları, şagirdləri və hərbçilərdən ibarət olub. 

Paradın şərəf tribunasında isə 1941-ci ilin əfsanəvi paradının iştirakçısı olmuş 28 nəfər əyləşib. 

Parada tamaşa edənlər Böyük Vətən Müharibəsindən tutmuş, Moskvanın müdafiəsinə və Reyxstaqın alınmasına həsr olunmuş epizodların rekonstruksiyasını görüblər. İlk dəfə eksponat qismində İ-153 və MİQ-3 təyyarələrini görmək mümkün olub. 

Paradda iştirak edən bütün hərbi texnika bu gün Moskva vaxtı ilə saat 21:00-a kimi Qızıl Meydanda qalacaq. Bununla da, bütün arzu edənlər Qələbəni gətirən silahları yaxından görə biləcəklər.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org