Mingəçevirlilərə bəd xəbər
Mingəçevir rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 14:00-dan 18:00-dək Mingəçevir rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması qaz təchizatı şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədardır.
Qeyd edək ki, dünən də bir neçə rayonda qazın verilişində məhdudiyyətlər olub. Dünən saat 15:00-dək Nərimanov rayonunun bir hissəsinə, saat 11:00-dan 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Ağstafa rayonuna və Yevlax rayonunun bir hissəsinə, işlər başa çatanadək Sabunçu, Nəsimi, Qaradağ, Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.
TalyshPost.org













