Milyarder seçiciləri satın almaqda günahlandırılır
Fransız polisi multimilyarder, “Dassault” aviakonsernin direktoru və “Figaro” qəzetinin sahibi Serj Dassonu seçiciləri satın almaqda günahlandırıb.
Talysh Post.org-ın məlumatına görə, Serc Dasso 1995-2009-cu illərdə Paris ətrafında yerləşən Korbey-Eson şəhərində mer işləyib və bu fəaliyyətə görə günahlandırılır.
89 yaşlı iş adamı sağ-mərkəzçi “Xalq hərəkatı uğrunda birlik” partiyasından senatordur. Daha əvvəl bu partiyaya eks-prezident Nikola Sarkozi rəhbərlik edib.
Dasso etiraf edib ki, mütəmadi olaraq öz vəsaitlərindən kommuna sakinlərinə "yardım" edib, amma seçiciləri satın almağı qəti təkzib edir.
1998-ci ildə ona Belçika məhkəməsi tərəfindən iki il şərti həbs cəzası kəsilib. O, sosialistləri satın alaraq helikopter satışlarına icazə almağa çalışmışdı.













