Главная » 2014 » Сентябрь » 30 » Milli Məclisdə qalmaqal

Milli Məclisdə qalmaqal

30-09-2014 в 15:47 просмотров: 277 комментариев: 0 Новости

Bəzən soyadlarımızın sonluqlarına görə, beynəlxalq müsabiqələrdə soydaşlarımız digər millətlərlə səhv salınır.

TalyshPost-ın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı azərbaycanlıların soyad ənənəsi olduğunu deyib. 

O, bu məsələ ilə bağlı qanun qəbul edilməli olduğunu deyib. 
"Nəyə görə hələ də yeni doğulan körpələrin soyad sonluğuna ov-ova əlavə olunur". 

Vitse-spiker Ziyafət Əsgərovun ona cavabı özünü çox gözlətməyib. O qeyd edib ki, Azərbaycanda soyadlarla bağlı heç bir problem yoxdur.

“Bu barədə dövlət özü də şərait yaradıb. Ancaq insanlar soyadlarında düzəliş etməkdə maraqlı deyillər. Bəzi alimlərlə söhbət etmişəm. Onlar mənə deyirlər ki, mən bu soyadla tanınıram. Ona görə də soyadımda düzəliş etmək fikrim yoxdur. Bulə hallara dövlət nə edə bilər?”

Qeyd edək ki, çıxışlardan sonra Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib.

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org