Masallının bir neçə kəndinə ilk dəfə qaz verildi
Bu gün Masallı rayonunun Xallıcalı və Qədirli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib
TalyshPost ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.
Masallı rayonunda keçirilmiş mərasimdə bildirilib ki, 119 abonenti olan Xallıcalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13445 metr olan muxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 12 ədəd siyirtmə, 119 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 197 abonenti olan Qədirli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 18 845 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə 197 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimlərdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd ağsaqqalları kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
TalyshPost.org













