Главная » 2014 » Декабрь » 18 » Masallıda yırtıcı kəndə hücum çəkib (FOTO)

Masallıda yırtıcı kəndə hücum çəkib (FOTO)

18-12-2014 в 19:33 просмотров: 242 комментариев: 0 Новости Талыша

Masallı rayonunda canavar kəndə hücum edib.
 

TalyshPost  apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Vəhşi heyvan kənd sakini Məhərrəm Məhərrəmovun yaşadığı evin həyətyanı sahəsinə girib. Canavarı görən ev sahibi qonşularını köməyə çağırıb. Kənd sakinləri vəhşini toyuq hininə salıb tutublar. 

Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi İdarəsinə və rayon Baytarlıq İdarəsinə məlumat verilib. Aidiyyəti orqanların əməkdaşları kəndə gələrək canavarı təhvil alıblar.

Daha sonra canavar meşəyə buraxılıb.

Yerli sakinlərin sözlərinə görə, indiyədək kənd yaxınlığında canavara rast gəlinməyib.


TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org