Главная » 2014 » Ноябрь » 25 » Masallıda təbii fəlakət

Masallıda təbii fəlakət

25-11-2014 в 15:01 просмотров: 250 комментариев: 0 Новости Талыша

Masallı rayonunda çay məcrasından çıxıb. TalyshPost-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 24-də intensiv yağmış yağışlar nəticəsində Masallı rayonunu su basıb.

Hadisə Boradigah çayında suyun səviyyəsi qalxaraq məcrasından çıxması nəticəsində baş verib.

Bu səbəbdən Kolatan, Babaser və Türkoba kəndlərində 20-25 həyətyanı torpaq sahəsində olan tikililəri su basıb.

Dağıntı və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org