Masallıda ev yandı
Masallıda ev yanıb.
TalyshPost.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Təzəkənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın, dəhlizin yanar konstruksiyaları 155 kv.m sahədə və dam örtüyü 120 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.













