Mahir Şükürov: "Harınlayıb, qudurub..." (FOTO)

Bir necə gün öncə bahalı maşını ilə fotoları yayılan futbol üzrə yığmanın Mahir Şükürov peşman olub. Talysh Post.org-in məlumatına görə, futbolçu sosial şəbəkədə şəkillərindən danışıb.
"Maşınımın yanında şəkil çəkdirib paylaşmağa peşman oluram. Həmin gün hamı məndən danışır. Deməli, deyilən sözlər: harınlayıb, qudurub, bu nədi, maşınına bax. Demək, olar ki, hamının maşını var və əksəriyyət sosial şəbəkədə var. Əksəriyyət də yaxşı maşınla, sevgilisi ilə yemək yediyi yerdə, nə bilim çimdiyi yerdə şəkillərini paylaşırlar. Bunlar niyə söz olmur? Mən adi şəkil paylaşıram".
Futbolçu buna etiraz olaraq artıq piyada gəzəcəyini deyib. "Mən sabahdan hər yerə piyada gedəcəm. Yemək yeməyəcəm, şəkil çəkdirməyəcəm, onlara belə xoşdusa, belə də edim. Azarkeşlərə hörmət edirəm, amma hörmət də gözləyirəm. Məni, komandanı sevməsinlər, amma hörmət etsinlər. Hörmət hörmətə bağlıdır. Hər kəsin sevimli komandası, sevimli oyunçusu var. Gəlin, bir-birimizə hörmət edək".














