Главная » 2014 » Апрель » 18 » Maaşlar 8,7 faiz artırılıb

Maaşlar 8,7 faiz artırılıb

18-04-2014 в 11:41 просмотров: 142 комментариев: 0

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  (RYTN) ilin birinci rübünü uğurla başa vurub.

 Talysh Post.org-in AzərTAc-a istinadən  verdiyi məlumata görə, bu barədə nazirliyin birinci rübün yekunları ilə bağlı kollegiya iclasında məlumat verilib. 

Bildirilib ki, bu dövrdə RYTN üzrə orta aylıq əməkhaqqı 378,6 manat təşkil etmiş və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.

Ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artırılaraq 656,9 manata çatdırılıb. O cümlədən telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 712.4 manat, proqram təminatının işlənməsi sahəsində 892.5 manat, poçt sektorunda isə 228.6 manat təşkil edir ( 2 aylıq).
Ölkə üzrə orta aylıq əməkhaqqı 430 manat təşkil edir.

 

Talysh Post.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org