Məşhur həbsxana bağlandı
İraq ədliyyə naziri Həsən əş-Şimari adı bədnam olmuş məşhur "Əbu-Qreyb" həbsxanasının bağlanacağını bildirib.
Talysh Post.org -in məlumatına görə, nazir bildirib ki, bu addım təhlükəsizlik məqsədi ilə atılır, çünki həbsxana narahat rayonda yerləşir. Artıq aprelin 15-ə olan vəziyyətə görə 2,4 min dustaq “Əbu-Qreyb”dən daha təhlükəsiz həbsxanalara köçürülüb.
Təhlükə ondan qaynaqlanır ki, həbsxana İraqın Anbar vilayətində yerləşir. Həmin vilayətdə son aylarda hökumət qüvvələri ilə “İraq və Şam islam dövləti” qruplaşmasının döyüşçüləri arasında döyüşlər gedib. Keçən ilin iyul ayında qruplaşmanın döyüşçüləri “Əbu-Qreyb”ə və daha bir həbsxanaya hücum edərək yüzlərlə dustağı azad etmişdi. Hücum zamanı çox sayda insan - həbsxana işçiləri və dustaqlar həlak olmuşdu.
Talysh Post.org













