Luqansk Xalq Respublikasının azərbaycanlı baş prokuroru
Luqansk Xalq Respublikası-nın (LXR) azərbaycanlı baş prokuroru hay-küylü qətli araşdırır
Luqansk Xalq Respublikasında (LXR) “Betmen” ləqəbli batalyon komandirlərindən birinin Ukrayna xüsusi təyinatlılar tərəfindən məhv edilməsinin araşdırılması davam edir. Musavat.com-un Rusiya mənbəyinə istinadən verdiyi xəbərə görə, məsələnin maraqlı tərəfi budur ki, işi tanınmayam respublikanın azərbaycanlı baş prokuroru Zaur İsmayılov şəxsən araşdırır.
Luqansk vilayətinin prokurorluq şöbəsinin rəisi vəzifəsini azərbaycanlı bir neçə il öncə tutub. Bildirilir ki, yeni kadra vilayətdə qeydə alınan ən hay-küylü cinayət işləri həvalə edilib. LXR -da döyüş əməliyyatları başlayandan sonra Zaur İsmayılov öz prokurorluq karyerasını davam etdirib, ancaq bu dəfə “LXR”-in“xalq prokuroru” kimi.
Tezliklə onun “baş prokuror” vəzifəsində təsdiqlənəcəyi gözlənilir.
TalyshPost.org













