Главная » 2014 » Июль » 24 » Lerikdə yay məktəbi

Lerikdə yay məktəbi

24-07-2014 в 16:17 просмотров: 163 комментариев: 0 Новости Талыша

5 gün ərzində bu məktəblərdə 100-ə yaxın gənc siyasət dərsi keçəcək

AP-nin“Gənc liderlər” birliyi gənc siyasətçilər üçün yay məktəbinə start verib. Lerik rayonunda təşkil olunan yay
məktəbinə 5 gün ərzində 100 - ə yaxın gənc siyasətçi qatılıb.
Yay məktəbinin iştirakçıları ilk olaraq, Lerik rayon mərkəzində H. Əliyevin xatirə abidəsini ziyarət edib. Daha sonra H. Əliyev muzeyinə baxış keçirib, buradakı eksponatlarla tanış olublar. Ölkənin ictimai həyatında fəallıq nümayiş etdirən fəal gənc siyasətçilərin yay məktəbi Lerik rayonunun istirahət mərkəzlərindən birində işini davam etdirib. Yay məktəbinin təşkilatçılarından olan Vüqar Rəhimzadə bildirib ki, bu cür məktəblər, gənclərin formalaşmasında, onların intellektual səviyyələrinin artırılmasında və ümumilikdə gənclərin müasir biliklərə yiyələnməsində xüsusi önəm kəsb edir. Gənc liderlər də belə məktəblərin təşkilini çox yüksək qiymətləndirərək, belə tədbirlərin onların gələcək həyatlarında xüsusi bir önəm daşıdıqlarını bildiriblər.

 

Qeyd edək ki, bu ilki yay məktəblərində 1000 - ə yaxın gənc yay məktəbinin iştirakçısı olacaq və bu məktəblərdə keçirilən debatlarda iştirak edəcək. Gənclər, siyasi, iqtisadi, icitimai və sosial həyatla bağlı olan debatlara qatılacaqlar.
Ölkənin ictimai – siyasi həyatında kifayət qədər nüfuzlu insanlar, parlamentdə təmsil olunan deputatlar fikirlərini gənclərləbölüşəcəklər.

 


 

 
  Cənub Xəbərləri

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org