Главная » 2014 » Октябрь » 28 » Lerik hər an təcrid oluna bilər (VİDEO)

Lerik hər an təcrid oluna bilər (VİDEO)

28-10-2014 в 12:53 просмотров: 255 комментариев: 0 Новости Талыша

Lənkəran-Lerik yolunda təhlükəli vəziyyət yaranıb. İntensiv yağan yağışlar torpaq sürüşməsinə səbəb olub. Yolda nəqliyyatın hərəkətində çətinliklər var.

ANS TV-nin Lənkəran bürosunun məlumatına görə, intensiv yağan yağışlar Lənkəran-Lerik yolunun 17 - 43 və 49-cu km-də torpaq uçqununa və sürüşmələrə səbəb olub. Ən gərgin vəziyyət 49-cu km-dədir. Burda sürüşmə daha aktiv və yerin dərin qatlarında olduğuna görə əlavə dərinləşmə işləri aparılır.

Yolun bu hissəsində Bərkitmə işləri yağan yağışlar səbəbindən müvəqqəti dayandırılıb. Səbəbsə bu ərazidə torpaq uçqununun və çökmənin aktivləşməsidir. Bu aktivləşmə yolun 17-ci km-də də hiss olunur. Burada gil, torpaq qatı daim yola töküldüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaradır. Yaranan vəziyyət ən çox sürücüləri narahat edir.

Lənkəran-Lerik yolunda yaranan mövcud vəziyyətdən yol rəsmiləri də narahatlıqla danışdılar. 43 saylı Lerik yol istismar idarəsinin rəisi Elxan Əliyev sürüşmələrin aktivləşməsini yol üçün ciddi təhlükə hesab edir.

"Sürüşmələr, çökmələr, uçqunlar aktivləşib. Cari ildə bu sürüşmələrə qarşı tədbirlər görülmüşdü, amma hazırkı vəziyyət onu göstərir ki, sürüşmələr stabilliyə doğru deyil, aktivləşməyə doğru gedir. Keçən ilki vəziyyətdən də geniş sahələri əhatə edir. Əsas səbəb yayın quraqlığı və payızın yağmurlu keçməsidir”.

Hazırda müəyyən maneələrlə də olsa, yolda nəqliyyatın hərəkəti davam edir. Yağmurlu hava şəraitinin davam edəcəyi təqdirdə sürüşmələrin daha da aktivləşəcəyi istisna edilmir.

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org