Главная » 2014 » Ноябрь » 27 » Lavaş uğrunda savaş

Lavaş uğrunda savaş

27-11-2014 в 17:15 просмотров: 197 комментариев: 0 В мире

UNESCO-nun rəsmi saytında lavaşın Ermənistanın milli mətbəxinə aid olduğu yazılıb.

Мəlumatına görə, UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısında qeyd edilir ki, lavaş incə kökə formasındadır və ənənəvi erməni çörəyidir.

Beynəlxalq təşkilatın yaydığı məlumatda bildirilir ki, lavaş erməni mətbəxinin ayrılmaz hissəsidir:

"Lavaş bişirmək üçün qadınlar bir yerə yığışırlar. Kişilər də həmçinin onun hazırlanması prosesində iştirak edirlər. Kişilər lavaşın bişirilməsi üçün sobanı qururlar. Lavaşı adətən pendir və ətin üzərinə bükürlər. Ənənəyə görə, toyda lavaş təzə evlilərin çiyninə qoyulur ki, onlar gələcək həyatlarında firavan yaşasınlar", - deyə rəsmi saytda qeyd edilib. 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva dolaşıq məsələyə aydınlıq gətirməyə çalışaraq anspress-ə bildirib ki, yazılan məlumat səhvdir və hazırda Azərbaycanın Parisdə olan nümayəndəliyindən məsələ ilə bağlı cavab gözlənilir. 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org