Lənkəranın su altındakı ərazilərdən çıxarılanlardan 9-u uşaqdır
Lənkəranın su altındakı ərazilərdən çıxarılanlardan 9-u uşaqdır.
TalyshPost FHN saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub.
Əraziyə cəlb olunmuş Cənub Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri köməksiz vəziyyətdə qalmış 38 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər.
Həmçinin, xilasedicilər Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yağış suları dolmuş mal-qara fermasından 30 baş xırda buynuzlu və 10 baş iri buynuzlu heyvanları təhlükəsiz əraziyə çıxarıb. Lənkəran şəhərində su basmaya məruz qalmış fərdi yaşayış evlərinin və həyatyanı sahələrdə suçəkmə işləri aparılıb. Ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, FNH adıçəkilən kənddə səhər saatlarında da əməliyyat keçiriblər. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalmış 9 nəfəri uşaq olmaqla 19 nəfəri xilas edilərək təhlükəsiz əraziyə təxliyyə edib.













