Главная » 2014 » Сентябрь » 9 » Lənkəranda yük maşını aşıb, xəsarət alan var

Lənkəranda yük maşını aşıb, xəsarət alan var

09-09-2014 в 22:29 просмотров: 207 комментариев: 0 Новости Талыша

Lənkəranda "Kamaz" markalı yük avtomobili aşıb.

TalyshPost.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Boladı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobili yol kənarına aşıb və sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Xilasedicilər, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org