Главная » 2014 » Ноябрь » 24 » Lənkəranda futbol həyəcanı davam edir

Lənkəranda futbol həyəcanı davam edir

25-11-2014 в 00:37 просмотров: 166 комментариев: 0 Новости Талыша

Lənkəranda AFFA-nın və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə cənub zonası üzrə keçirilən futbol yarışı davam edir. Həftəsonu 9-cu turun qarşılaşmaları keçirilib ki, burada da bütün görüşlər eyni gündə baş tutub. Maraqlı futbol mübarizəsi şəraitində keçən qarşılaşmalarda ilk olaraq meydana U-11 liqasının komandaları çıxıb.

TalyshPost milli.az - a istinadən xəbər verir ki, 9-cu tur çərçivəsində bu liqada Xəzər - Lənkəran Boradigah-Masallını 13-0, Astara-Xolmili Lənkəranı 3-1, Separadi bələdiyyəsi isə Xəzər-92-ni 7-1 hesabı ilə məğlub edib. U-12 liqasına gəldikdə burada iki görüş keçirilib. Xəzər-Lənkəran Boladı bələdiyyəsini 5-0 hesabı ilə məğlub etdiyi halda, Astara - Xəzər-92 komandalarının duelində bərabərlik qeydə alınıb 0-0. 9-cu turun digər 3 qarşılaşması U-13 liqasında keçirilib. Xəzər-Lənkəran futbolçuları astaralı həmyaşıdlarına asanlıqla qalib gələ bilib: 6-1, UGİM Lənkəran da Boradigah Masallıdan üstün olub: 5-0. Separadi bələdiyyəsi – Dalğa Lənkəran görüşündə isə qalib müəyyənləşməyib 0-0. 

Tura U-14 liqasında keçirilən 2 görüşlə yekun vurulub. Astara – Boradigah Masallını 5-0 hesabı ilə məğlub etdiyi halda Dinamo Yardımlı – Xəzər Lənkəran görüşündə isə birincilər gəlmədiyindən texniki məğlubiyyət qeydə alınıb.

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org