Главная » 2014 » Сентябрь » 30 » Lənkəranda polis əməkdaşı faciəvi şəkildə ölüb.

Lənkəranda polis əməkdaşı faciəvi şəkildə ölüb.

30-09-2014 в 11:42 просмотров: 244 комментариев: 0 Новости Талыша

Bu gecə  Lənkəranda polis əməkdaşı faciəvi şəkildə ölüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinn Lənkəran xətt polis şöbəsinin polis serjantı, rayonun Şirinsu kənd sakini, 1986-cı il təvəllüdlü Məlik Əlizamin oğlu Cahangirovu yüksək gərginlikli elektrik cərəyanı vurub. Polis hadisə yerində dünyasının dəyişib.

Hadisə keçirilən reyd zamanı baş verib. Belə ki, 5 nəfərdən ibarət reyd keçirən qrup qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Məlik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub.

Hadisə nəticəsində 2 nəfərin saxlanıldığı deyilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org