Главная » 2014 » Декабрь » 17 » Lənkəranda dili kəsilən kişi öldü

Lənkəranda dili kəsilən kişi öldü

17-12-2014 в 15:48 просмотров: 172 комментариев: 0 Новости Талыша

Lənkəranda 20 gün əvvəl bıçaqla ağır yaralanmış şəhər sakini, 39 yaşlı Eyvaz Bəylər oğlu Paşayev ötən gecə Bakıda, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 

Məlumata görə onun ölümündə təqsirli bilinən Lənkəran şəhər sakini, 27 yaşlı Adil Aydın oğlu Ağayev isə şübhəli şəxs qismində tutularaq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, noyabrın 28-də axşam saatlarında Lənkəran şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanmış Elnur Paşayevi qan içində, ağır vəziyyətdə ona məxsus “Hyundai” markalı 10 OV 434 dövlət nömrə nişanlı minik avtomobilinin salonunda aşkarlayan yaxınları dərhal onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Sol kürək və sol yanağın kəsilmiş-deşilmiş yarası, dilin kəsilməsi və ağır qanaxma diaqnozu ilə xəstəxanaya qəbul olunan E. Paşayev dərhal əməliyyat edilsə də, vəziyyəti ağırlaşıb. Daha sonra o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralanmış şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
 

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org