Главная » 2014 » Декабрь » 25 » Lənkəranda ana iki yaşlı oğlunu boğaraq öldürüb

Lənkəranda ana iki yaşlı oğlunu boğaraq öldürüb

25-12-2014 в 15:19 просмотров: 229 комментариев: 0 Новости Талыша

Lənkəranda ana iki yaşlı oğlunu boğaraq öldürüb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Digah kəndində qeydə alınıb.

Kənddə kirayədə qalan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın iki yaşlı oğlu Məhəmməd ölmüş vəziyyətdə aşkarlanıb.

Ana hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib. İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib.

S. Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org