Главная » 2014 » Ноябрь » 27 » Kürdlər İŞİD-in yolunu kəsdi

Kürdlər İŞİD-in yolunu kəsdi

27-11-2014 в 15:55 просмотров: 173 комментариев: 0 В мире

İraqın Kərkük şəhəri yaxınlığında kürd peşmərgə qüvvələri ilə İŞİD qüvvələri arasında döyüşlər gedir. TalyshPost  CNN Türk telekanalına istinadən xəbər verir ki, İŞİD Kərkük yaxınlığındakı bir neçə kəndə eyni vaxtda hücum edib. İraq ordusu və Peşmərgə qüvvələri birlikdə İŞİD-ə top, mərmi və avtomat silahla qarşılıq verib. 

Atışma zamanı bölgəyə xeyli sayda əsgər yeridilib. Peşmərgə də əlavə qüvvələr cəlb edib. 

Dünənki əməliyyatdan əvvəl də ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının havadan Peşmərgəyə dəstək olaraq endirdiyi aviazərbələr nəticəsində də azı 25 İŞİD döyüşçünün öldürüldüyü bildirilir.

 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org