Главная » 2014 » Октябрь » 20 » Kürdistan ordusu Türkiyəyə girir

Kürdistan ordusu Türkiyəyə girir

20-10-2014 в 18:18 просмотров: 184 комментариев: 0 В мире

Oktyabr ayında qəbul edilmiş və xarici qoşunların Türkiyəyə yerləşməsinə icazə verən parlament qərarının tətbiqinə başlanıb. 

TalyshPost-ın məlumatına görə, qərardan istifadə edən Türkiyə hökuməti Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələrinin (peşmərgənin) Türkiyə torpaqlarından keçməsinə icazə verib. Bu xəbəri Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu da təsdiqləyib. 

Şimali İraqda yayımlanan “Rudav” kürd televiziyasına bildirib: “Türk rəsmiləri kürd birləşmələrinin Türkiyə torpaqlarından keçərək Kobaniyə getməsinə icazə verdi”. Bu xəbəri təsdiqləyən Çavuşoğlu isə deyib: “Peşmərgənin Kobaniyə keçməsi üçün yardım edirik”. 
 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org