Главная » 2014 » Ноябрь » 8 » Kürd tərəfdarı deputatın toxunulmazlığı ləğv olundu (FOTO)

Kürd tərəfdarı deputatın toxunulmazlığı ləğv olundu (FOTO)

08-11-2014 в 11:40 просмотров: 234 комментариев: 0 В мире

Almaiyalı deputat Nikol Qolkenin toxunulmazlığı ləğv olundu. TalyshPost-ın məlumatına görə buna, Qolkenin İŞİD əleyhinə keçirilən aksiyada PKK bayrağı qaldırması səbəb olub. 

“Süddeutsche Zeitung” qəzetinin xəbərinə görə, bu barədə məlumatı Qolke şəxsi internet səhifəsində yayıb. 

Qeyd edək ki, millət vəkilinin toxunulmazlığının ləğv olunmasından sonra Münhen prokurorluğu onun barəsində məhkəmə iddiası qaldırmağa qərar verib. 

Xatırladaq ki, Nikol Qolke oktyabrın 18-də İŞİD-in Kobaniyə hücumuna qarşı keçirilən aksiyada PKK bayrağı qaldırıb və burda çıxış edib: Bu bayraq altında azadlıq, insan hüquqları və demokratiya üçün mübarizə aparılır” – deyə Qolke çıxışında bildirib. 

Almaniya qanunvericiliyinə görə, kürdlərə aid PKK yasaqlanmış təşkilatlar siyahısındadır. 




Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org