Kürd fəallar Hollandiya parlament binasını tutdu
Yüzlərlə kürd aktivist 6 oktyabrda Hollandiya parlamentinə soxularaq, İŞİD-lə mübarizədə daha aktiv fəaliyyətin olmasını tələb ediblər.
TalyshPost-ın məlumatına görə, hazırda binaya girən etirazçıların çoxu mərkəzi dəhlizdə yerləşib. Öndər Abdullah Öcalanın şəklini daşıyan fəalların əllərindəki şüarlardan birində “Susmağa son, Kobanini dəstəkləyin” tələbi yazılıb.
Polisdən bildiriblər ki, onlar vəziyyəti nəzarətə götürə biliblər. Hazırda etirazçılar asayiş keşikçiləri tərəfindən canlı sədlə mühasirəyə alınsa da, heç bir güc tətbiq edilimir.
Etirazçıların böyük qrupu binanın çölündədirlər və sayları get-gedə artır.
Onların şüarlar səsləndirərək əllərində İŞİD-ə qarşı tətbiq edilən mübarizə çərşivəsində daha sərt mövqe tələb edən plakatlar tutublar.













