Kəşfiyyat rəhbəri Suriyaya gedənlərdən danışdı

ABŞ milli kəşfiyyatının rəhbəri Suriya ilə bağlı açıqlama verib.
Talysh Post.org-in məlumatına görə, Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri respublikaçı Ceyms Komi ABŞ Nümayəndələr Palatasının Ədalət Komitəsində büronun işləriylə əlaqədar millət vəkillərinin suallarını cavablandırıb.
Suriya barədə danışan kəşfiyyat rəhbəri bu ölkəyə döyüşmək üçün gedən xaricilərin sayının artdığını vurğulayaraq, bu vəziyyətin ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükə meydana gətirdiyini bildirib.
"Suriya onlarla və əksəriyyətinin də ABŞ-dan olduğu, ümumilikdə minlərlə cihad tərəfdarının sığınma yerinə, təlim sahəsinə çevrilib. Biz istəmirik yeni 11 sentyabr hadisəsi olsun. Buna imkan vermərik." - deyə FTB rəhbəri qeyd edib.
O, həmçinin bildirib ki, onların "Əl-Qaidə" terror qruplaşması ilə əlaqəsi yoxdur: "Sadəcə olaraq internetdən aldıqları məlumatlarla özlərini inkişaf etdirir və yaxşı yönləndirilirlər. Müəyyən bir həddə gəlib çatdıqdan sonra gizləndikləri zirzəmilərdən çıxaraq gözləmədiyimiz planları həyata keçirirlər."













