Главная » 2014 » Апрель » 21 » İspaniyada twitter böhranı

İspaniyada twitter böhranı

21-04-2014 в 19:01 просмотров: 130 комментариев: 0

İspaniya Prokurorluğu, irqçiliyi ucaldıb nifrəti təşviq edən mesajlar atdığı iddiasıyla bir Twitter hesabı haqqında istintaq başladıb. 

Talysh Post.org-in məlumatına görə, "Qara yumor" adlı hesabda terror qurbanlarına qarşı mesajlar olduğu kimi eyni zamanda irqçi, qadını alçaldan və xarici düşməni ifadələr də var. 

1991-ci ildə terror əməliyyatları səbəbiylə ayaqlarını itirən Irene Villanın vəziyyətini məsxərəyə qoyan hesab haqqında ilk şikayət İspaniya Əlilləri təmsil komitəsi tərəfindən edilib. 

Prokurorluq isə şikayətdən sonra bu Twitter istifadəçisinin ifadələrində cinayət ünsürünün olub-olmadığını araşdıracaq. 

Komitə eyni zamanda Twitter şirkətinə bir məktub göndərərək, İspaniyada 4 milyondan çox əlil insan olduğunu qeyd edib. Sözügedən hesabın insanların qürurunu və şəxsiyyət haqqlarını pozduğu ifadə edib. Komitə bu twitter hesabının fəaliyyətinin qarşısının alınmasını tələb edib.

Talysh Post.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org