Главная » 2014 » Август » 21 » İslam ümmətinin birliyi Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının birinci prioritetidir

İslam ümmətinin birliyi Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının birinci prioritetidir

21-08-2014 в 20:55 просмотров: 177 комментариев: 0 Религия

Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının baş katibi İslam ümmətinin birliyi üzrə səyi bu assambleyanın beynəlxalq səhnədəki mədəni fəaliyyətlərinin birinci prioriteti adlandırıb.

Ayətullah Məhəmməd Həsən Əxtəri İranın Radio və Televiziya Təşkilatının sərhədaşırı müxbiri ilə müsahibədə deyib: Ümumdünya Əhli-Beyt(ə) Assambleyası din alimlərinin baxışlarını bir-birinə yaxınlaşdırmaq, islami məzhəbləri bir-birinə yaxınlaşdırmaq, həmçinin Əhli-Beyt(ə) davamçılarının müxtəlif islami məzhəblərlə anlaşmaları və eyni istiqamətdə hərəkət etmələri çərçivəsində səy göstərir.
Ayətullah Əxtəri müsəlmanlar arasında təfriqəyə səbəb olan İslam dünyasında hər cür ifratçılıqla mübarizə üçün İslam ümməti birliyinin möhkəmləndirilməsi zərurətini vurğulayaraq, söyləyib: Bu assambleya müsəlmanlar arasında təfriqə və fitnəkarlıq ardınca olan hər bir məzhəb və ayindən olan hər bir kəslə təkfirçi və işid-çi qruplara qarşı çıxdığı kimi, müxalfdir.
Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının baş katibi müsəlmanların düşmənlərin bu fitnələri qarşısında agah və oyaq olmalarını istəyərək, əlavə edib: Müsəlmanlar öz düşmənlərini yaxşı tanımalı və İslam düşmənləri, xüsusən sionizm rejimi ilə mübarizə üçün özlərinin bütün imkanlarından istifadə etməlidirlər.
Ayətullah Əxtəri sionistlərin Fələstin xalqına, xüsusən məzlum Qəzzə əhalisinə qarşı hazırkı cinayətlərinə işarə edərək, deyib: Bütün müsəlmanlar İsrail rejiminin cinayətlərini pisləmək və Qəzzənin zülm altında qalmış əhalisini himayə etmək istiqamətində addım atmalı və bu yolda hərəkət etməlidirilər.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org