Главная » 2014 » Июль » 8 » İslam Peyğəmbərinin həyat yoldaşının vəfatının ildönümü

İslam Peyğəmbərinin həyat yoldaşının vəfatının ildönümü

08-07-2014 в 22:23 просмотров: 187 комментариев: 0 Религия

Bu gün  1435-ci h.q ili ramazan ayının onu, 2014-cü milad ili 8 iyul əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s)-ın həyat yoldaşı Həzrət Xədicə (sə)-ın vəfatının ildönümü gününə  təsadüf edir.

Qüreyş qəbiləsinin sərvətli və məşhur qadınlarından olan Həzrət Xədicə Besətdən 15 il öncə islam peyğməbəri ilə nikah qurmuşdu. Bu alicənab qadın Peyğəmbərə iman gətirən ilk qadın olaraq bütün var gücü və sərvəti ilə islamın müdafiəsinə qalxmışdır.

O həzrət islamdan öncə də çoxlu fəzilətlərə və əxlaqi səciyələrə malik olduğu üçün Tahirə ləqəbi  ilə tanınmışdır.

Həzrət Xədicənin vücüdü Peyğəmbər (s.ə.s) üçün o qədər önəmli olmuşdur ki, o Həzrət bu böyük qadının vəfatını ən böyük müsibət adlandıraraq, Həzrət xədicə və öznünü digər himayədarı olan əziz əmisi Həzrət Əubtalibin rehlət etdiyi ili "Amül hüzn" yaxud qəm ili adlandırdı.

Həzrət Xədicə özünün mehriban qoynunda 6 uşaq yetişdirdi ki onların arasında Həzrət Fatimə Zəhra (s.ə) müstəsna yerə malikdir.  İslam Peyğəmbəri və Həzrət Əli (əs)-dan sonra, islam dininin rəhbərliyi o xanımın nəsilindən olan İmamların bərəkətindən davam etmişdir.

İranda ümumölkə səviyyəsində ötən gecə və bu gün İslam peyğəmbərinin həyat yoldşının rehləti münasibəti ilə xüsusi mərasimlər təşkil olunub.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org