Главная » 2014 » Декабрь » 3 » İslam dünyası ayağa qalxacaq

İslam dünyası ayağa qalxacaq

03-12-2014 в 19:14 просмотров: 228 комментариев: 0 Религия

İranda çəkilən bir film bütün İslam dünyasını ayağa qaldırır. Məlumata görə, iranlı rejissor Məcid Məcidinin filmində Məhəmməd Peyğəmbərin (s.ə.s) səs və görüntüsü yer alacaq. 

Filmin fevral ayında İranın paytaxtı Tehranda keçiriləcək Şəfəq film festivalında nümayiş ediləcək. Yekunlaşmaq mərhələsində olan filmin məshəblərarası gərginliyi daha da artıracağı gözlənilir. 

"Məhəmməd" adlı film peyğəmbərin həyatından bəhs edir. Livan müftisi Əl Cuzu filmə sərt etirazını bildirib və bunun İslama təhqir olduğunu deyib. 

Film İslam dünyasında fil hadisəsi (fillərin Kəbəni yıxmağa çalışdığı) ilə başlayır. Əsərdə Məhəmməd Peyğəmbərin (s.ə.s) anası Əminə, süd anası Həlimə, babası Əbdülmuttəlibə geniş yer verir. 
Hz. Məhəmmədin görüntülü və səsli bir şəkildə təmsil ediləcəyi film bu sahədə ilk olma özəlliyinə sahibdir. 

Müftü Cuzu peyğəmbərin səs və görüntüsünün verilməsinin günah olduğunu deyib. "Çünki heç kim Məhəmməd peyğəmbəri canlandıra bilməz və onun rolunu oynaya bilməz". 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, İordaniya kimi bir çox müsəlman ölkəsində peyğəmbərlərin filmlərdə canlandırılmasının günah olması barədə fətvalar var. 

 

Mənbə
ANS PRESS
 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org