"İŞİD terrorçularınin islamla heç bir əlaqəsi yoxdur"
İraqın əhlisünnə din alimləri təkidlə bildiriblər ki, əcnəbirlərin gizli əlləri tərəfindən dəstəklənən İŞİD terrorçu qrupu islamla heç bir əlaəqəyə malik deyillər və onların həyata keçirdiyi çirkin hərəkətləri ilsam əhkamının ziddinədir.
Press TV-nin verdiyi məlumata əsasən, İraqın əhlisünnə din alimləri ötən gün ölkənin Kürdüstan məntəqsində iclas təşkil ediblər. Iclas iştirakçıları İŞİD terrorçu qrupunun vəhşicəsinə hərəkətlərini və onların İraq və Suriyada törətdikləri cinayətlərini pisləyiblər. İraqın Kürdüsatan məntəqəsinin mərkəzi olan Ərbildə keçirilən konfrans iştirakçıları İŞİD-in xilafət iddiasını rədd ediblər.
İştirakçılar bildiriblər ki, kütləvi informasiya vasitələri İŞİD terrorçularını ifratçı sünnilər adı ilə tanıtdırmamalıdırlar və İŞİD hökuməti ni islamı hökumət kimi qələmə verməməlidirlər.
İraq Kürdüsatnı islam dini alimləri idarə heyətinin üzvü Məhəmməd Pəncveyni Press TV-yə bildirib ki, Sünnilər ifratçılığa yol verə bilməzlər və ifratçılığa yol verə bilən şəxsi süüni adlandırmaq olmaz. Üzdəniraq islamı hökumət adlanan İŞİD terrorçu qrupu isə islamı hökumət deyil, təkfirçi qurumdur. Təkfirçi qruplar islamı hədələyirlr.
Pəncveyninin fikirincə regionun bəzi ərəb ölkələri və bəzi qərb ölkələri təkfirçi İŞİD terrorçularını dəstəkləyirlər və bu qruplar islam ölkələri üçün hədə sayılırlar.
Ərbil yığıncağında iştirak edənlər İŞİD terrorçu qrupunun qadınlar və günahsız uşaqları qırğın etmələri və qadınlara təcavüzlərini pisləyərək bildiriblər ki, İŞİD terrorçu qrupunun bu hərəkətləri islam prinsipləri ilə üst-üstə düşmür. Onların qənaətincə, bu qrupun hərəkətləri İslamı və dini təlimlərini ləkkələyir.
İraq Kürdüstanının şafeyi din alimlərindən olan Loqman Əl-Cəmilə bu barədə bildirib: Bu qruplar islamdan saxta şərhlər irəli sürməklə dini fəsadkar qələmə vermək niyyətindədirlər. Biz buraya yığışmışıq ki, hamıya bildirək ki, bunlar terrorçudurlar və islam bu şəxsləri və onların terrorçu ideologiyasını rədd edir.
Ərbil konfarnsı iştirakçıları xəbərdarlıq ediblər ki, çirkin əllər müsəlmanlar arasında ixtilaf törətməyi qarşıya məqsəd qoyublar. Onlar bildiriblər ki, belə bir şəraitdə və İŞİD terrorçu qrupu ilə qarşılşamaq üçün regionda pərakəndə olan müsəlmanlar arasında vəhdət və birliyin yaradılması vacibdir.
İraq müsəlanlarının sünni alimlərindən olan Ziya Mehdi Kərkuki isə deyib: İŞİD terroçu qrupu bir halda özlərini müsəlman adlandırırlar ki, digər müsəlmanlara hücum edirlər və islama qarşı ən pis cinayətlər həyata keçirirlər. Onlar müsəlmanlar arasına təfriqə törətmək fikrindədirlər. Quran kərim dini qruplara tolerantlıqla yanaşmağı tövsiyyə edib. Müsəlmanlar Əl-Qaidədən mənşə alan İŞİD terrorçu qrupunun ideologiyasını rədd edirlər.
İraq sünni din alimləri ötən gün Ərbildə təşkil olunan bu iclasda bildiriblər ki, İslam adına təkfirçilər tərəfindən həyata keçirilən cinayətləri pisləyirlər. Onlar əcnəbi əllərin bu qruplara dəstək verməsini və bu terrorçu və ifratçı qruplardan öz pərdə arxasındakı məqsədlərini irəli sürmək üçün istifadə etdiklərini bildiriblər.
azeri.ir













