Главная » 2014 » Октябрь » 27 » İŞİD silahlıları Kobani şəhərini ələ keçirib

İŞİD silahlıları Kobani şəhərini ələ keçirib

27-10-2014 в 02:14 просмотров: 173 комментариев: 0 В мире

Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD terrorçu qruplaşması ilə kürd qüvvələri arasında qarşıdurmalar olub.

TalyshPost-ın məlumatına görə, İŞİD silahlılarının bir qədər əvvəl Kobanidə şəhər mərkəzini ələ keçirmələrinə dair xəbərlər yayılmışdı.

Məlumata görə, ötən gün tərəflər arasında baş verən qarşıdurmalar zamanı İŞİD-çilər kürd partiyası PYD-nin baş qərargahını topdan və digər ağır artilleriyadan atəşə tutublar. Peşmərgə silahlıları isə şəhərin şərq hissəsindən terrorçu qruplaşmanın mövqelərini hədəfə alıblar.

Gün ərzində qarşıdurmalar davam etsə də, anti-İŞİD koalisiyasına məxsus qırıcıların İŞİD-çilərə müdaxiləsi müşahidə olunmayıb.

 

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org