İŞİD-ə qarşı döyüşən Kürd gözəli (FOTO)
IŞİD-ə qarşı döyüşən 20 yaşlı Zozan kişiləri özünə məftun edib. Ən gözəl qadın döyüşçüyə evlilik təklifləri yağır.
Kobanidə IŞİD ə qarşı qanlı döyüşlərdə vuruşan 20 yaşlı Zozan gözəlliyi ilə kişilərin ağlını başından alıb.
TalyshPost-ın məlumatına görə, İŞİD terror qruplaşması 35 gündür Kobanidə hücumlarını davam etdirərkən, qadın döyüşçülər dünya gündəminə gəlib. Dünyaca məşhur moda jurnalları, qadın döyüşçülərə geniş yer verib. Silahlı kürd qüvvələri tərəfində IŞİD ə qarşı döyüşən gənc bir qız isə gözəlliyi ilə diqqət çəkib. Kobaninin ən gözəl qızı olaraq bildirilən 20 yaşlı Zozan Cudi "Ölümdən qorxurmursan?" sualına "Döyüşə girən insan ölümdən qorxmaz" cavabını verib. Gənc qızın gözəlliyi isə dildən dilə düşüb.
Artıq Zozan Cudiyə evlilik təklifləri yağır.




















