Главная » 2014 » Август » 20 » İranda dinlər və müxtəlif dinlərinin ardıcılları

İranda dinlər və müxtəlif dinlərinin ardıcılları

20-08-2014 в 22:00 просмотров: 205 комментариев: 0 В мире

İran o ölkələrdəndir ki, İslam dini buraya hicri təqvimi ilə I əsrdə daxil olmuşdur. Bu dövr Sasanilər sülaləsinin hakimiyyətinin son dövrünə təsadüf edirdi. İranlılar islam dinini tam könüllü olaraq qəbul etdilər və islam təlimləri bu ölkədə yaşayan xalqın mədəniyyəti halına gəldi. Eyni zamanda İslam dininin də keçən əsrlər ərzində İran xalqına xidmətləri olmuşdur.

İran xalqı 14 əsrə yaxındır ki, özünün əvvəlki məzhəblərini bir kənara qoyaraq böyük İslam dinini qəbul etmiş və bu əsrlər boyunca yüz milyonlarla iranlı İslam dini ilə yaşamışlar. İslam ölkələri arasında İran İslam Respublikası əhalisinin əksəriyyəti şiə müsəlmanlardan ibarət olan birinci ölkədir.

Şiə məzhəbinin İrana gəlişi İslamın bu ölkəyə gəlişi ilə eyni zamana təsadüf etmiş və İranın rəsmi məzhəbi halına gəlmişdir. Şiə məzhəbi iki tarixi kəsimdə İranın rəsmi məzhəbi olaraq elan olundu. Sultan Məhəmməd Xodabəndə hicri təqvimilə VII əsrdə Şiə məzhəbinə üz tutdu, bu məzhəbi İranın rəsmi məzhəbi elan etdi və məsum imamların adına sikkələr də buraxdı. (1)

İranlı şiə müsəlmanlar siyasi vəziyyətləri baxımından hicri təqvimi ilə onuncu əsrə qədər təqribən əvvəlki (əyyubilər və səlcuqilər dövründəki) vəziyyətdə idilər. Yəni Sultan Məhəmməd Xodabəndədən sonra şiələr bir daha təzyiq altına düşdülər. Belə ki, sünni təriqəti tərəfdarları hakimiyyəti ələ keçirdilər və ölkənin rəsmi məzhəbini dəyişdilər. Lakin bu əsrin əvvəlində I Şah İsmayıl tərəfindən Səfəvilər dövləti təsis olundu və o, Şiə məzhəbini ikinci dəfə İranın rəsmi məzhəbi elan etdi. İran xalqının əksər hissəsi Səfəvilər zamanından başlayaraq şiəliyi qəbul etdi. İranlıların şiə və müsəlman olmalarının səbəbi bu idi ki, iranlı öz ruhunun İslam dini ilə uyğun gəldiyini gördü. İranlılar ayıq, mədəniyyət və sivilizasiya sahibi olan bir xalq idilər. Onlar İslamın ruhunu və mənasını peyğəmbər sülaləsində tapdıqlarına və yalnız imamlar onların suallarına və ehtiyaclarına cavab verdiyinə görə, onlar peyğəmbər sülaləsinə başqa millətlərdən daha çox diqqət göstərirdilər. İranlını İslam dininə tərəf daha çox çəkən onların ədalət sevərliyi və İslam dinindəki bərabərlik prinsipi idi.

İran başqa ölkələrdə yaşayan şiələrin köçməsi üçün ən yaxşı məkan idi, çünki digər müsəlman ölkələri müsəlmanların yaşadığı  çox geniş ərazilərə nəzarət edən Osmanlı dövləti kimi, sünni məzhəbinin təəssübünü çəkir və eyni zamanda şiələrə qarşı düşmənçilik hissi bəsləyirdilər. O dərəcədə ki, Osmanlı dövləti bir qrup yalançı ruhanidən şiələrin müsəlman olmadığı və onların qətlinin vacib olduğu haqda imza aldı. Osmanlılar şiələri dövlət orqanlarından xaric etdilər, onlara özünəməxsus dini vəzifələrini yerinə yetirməyə imkan vermədilər, Şam şəhərində və şiə azlıqlarının yaşadığı başqa yerlərdə dini əməllərin yerinə yetirilməsinə mane oldular. Bu cərəyanlar və çətinliklər milad tarixi ilə 4 əsr davam etmişdir. (1)

Sultan Səlim Anadoluda da 40 min yaxud da 70 min nəfəri şiə olduqlarına görə qətlə yetirdi. Hələbdə isə hənəfi Şeyx Nuh tərəfindən şiələrin kafir olması və onların qətlinin vacibliyi haqqında verdiyi fitvanın ardınca on minlərlə şiə qətlə yetirildi, qalanları isə qaçaraq canlarını qurtardılar. Hələbdə bir nəfər də olsun şiə qalmadı. Halbuki şiələr həmədanlılar dövlətinin ilk dövrlərində Hələbə girmiş və burada geniş surətdə yayılmışdılar. O zaman Hələb fiqh sahəsində görkəmli alimlərin məskəni idi.

Başqa islam ölkələrində də baş verən bütün belə hadisələr və şiələrin məruz qaldığı təzyiqlər bu ölkələrdə yaşayan şiələrin İrana mühacirət etməsinə səbəb oldu. Nəticədə İran şiələr üçün bir növ mərkəz halına gəldi. Bu özü İranda çoxlu sayda, özü də bütünlüklə şiə təriqətinə mənsub millətlərin toplanmasına səbəbə olmuşdur.

 

 

Dinlərin və məzhəblərin ardıcıllarının faiz nisbəti və fərqi

İranın əhalisi təqribən 70 milyon nəfərdir ki, bunun 99,43%-i müsəlmanlardır. Başqa dinlərin ardıcıllarının say nisbəti aşağıdakı kimidir: xristianlar – 0.16%; yəhudilər – 0,01 %; zərdüştilər – 0,03 % və başqa dinlərin ardıcılları – 0,37 %.

 

İslam dinindəki 4 məzhəbin faiz nisbəti

İran İslam Respublikası Əsas Qanununun 12-ci maddəsinə əsasən, İranın rəsmi dini İslam dini və 12 imamlı cəfəri məzhəbidir. Hənəfi, şafei, Maleki, Hənəbli və Zeydi kimi digər islami məzhəblərə də böyük ehtiram bəslənir və bu məzhəblərin ardıcılları öz fiqhlərinə əsasən məzhəbi ayinlərini yerinə yetirməkdə tamamilə azaddırlar.(1)  İranda yaşayan sünni müsəlmanların çoxunu şafei (59 %), və hənəfi təriqətlərinin (49 %) ardıcılları təşkil edirlər. Hənəfilər "qiyas əhli" və şafeilər "fundamentalistlər kimi" məşhurdurlar və İranın sərhəd rayonlarında məskunlaşmışlar.

İslam dininə görə, möminlər bir-birlərilə bərabərdirlər. Həzrəti Peyğəmbər (s. ə) də insanları qardaşlığa və dostluğa çağırmış və təfriqəyə getməkdən çəkindirmişdir.

 

İranda şiələrin və digər məzhəb ardıcıllarının birgə yaşayışı

İran islam ölkələri arasında yeganə şiə ölkəsidir. Bu ölkədə bütün asimani dinlər azaddır və bu dinlərin ardıcıllarının dini fəaliyyətləri üçün heç bir məhdudiyyət yoxdur və onlar öz dini mərasimlərini maneəsiz keçirirlər. (1)

İran İslam Respublikasının Əsas Qanununda da 12 imamlı şiə məzhəbi ölkənin rəsmi məzhəbi kimi tanınmışdır. Bununla yanaşı, digər dinlər, o c. sünnilər və başqa ilahi dinlərin ardıcılları hüquq və azadlıqlara malikdirlər. İranda şiələr, sünnilər və başqa dinlərin ardıcılları dinc yanaşı yaşayırlar. Onların hər biri öz dininə və məzhəbinə sadiqdirlər və İranda din və əqidə azadlığı hökmfərmadır. Həm xristianların və həm də yəhudilərin İran İslam Şurası Məclisində nümayəndələri vardır.

İran islam inqilabının qələbəsindən sonra məscidlər, mədrəsələr və İslam dini üzrə təlim mərkəzləri nəzərə çarpacaq dərəcədə genişlənmiş və dini sahədə təhsil alan tələbələrin sayı inqilabdan əvvəlki ilə müqayisədə təqribən iki dəfə artmışdır. Həmçinin sünni təriqətindən olan müdirlərin sayı 2004-cü ildə inqilabın ilk illəri ilə müqayisədə nəzərə çarpacaq dərəcədə artmışdır. Onların şəhristan və ostanlar səviyyəsində də nəşrləri vardır. Əhalisinin əksəriyyəti sünni qardaşlardan ibarət olan bəzi ostanlarda onlar özünəməxsus cümə namazını da keçirirlər. İranda hakimiyyətin mühüm qollarından biri sayılan İslam Şurası Məclisində də sünni təriqətinin ardıcılları 19 nümayəndəyə malikdirlər. Bundan başqa, ölkədə "prezidentin sünnilərin işləri üzrə müşaviri" postu da vardır.

Müsəlman əksəriyyətlə yanaşı, İranda yaşayan qeyri-müsəlman azlıqlar da bütün insani, siyasi, iqtisadi, ictimai və mədəni hüquqlara malikdirlər. Qeyri-müsəlman azlıqlara məxsus hüquqlardan dini mərasimlərin azad yerinə yetirilməsini, şəxsi işlərdə və dini təlimlər sahəsində müstəqilliyi, təşkilatlanma hüququnu, İslam Şurası Məclisində nümayəndəlik hüququnu, ictimai, inzibati və işə düzəlmək hüquqlarını göstərmək olar

 

 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org