Главная » 2014 » Апрель » 18 » İran zənginləşdirilmiş uran ehtiyatının yarısını ləğv edib

İran zənginləşdirilmiş uran ehtiyatının yarısını ləğv edib

18-04-2014 в 10:35 просмотров: 148 комментариев: 0

 İran hökuməti yüksək həddə zənginləşdirilmiş  uran ehtiyatının yarısını ləğv edib. İranın nüvə  fəaliyyətini izləyən Beynəlxalq Atom Enerjisi  Agentliyi bu barədə məruzə yayıb. Rəsmi  Tehranın bu addımı ilin əvvəllində 5+1 ölkələri ilə əldə olunan razılaşmanın şərtlərinə uyğun olub.

Cenevrə razılaşmasına əsasən, İran ona qarşı tədbiq olunan sanksiyaların yüngülləşdirilməsi qarşılığında uranın zənginləşdirilməsini dayandırmaq və sentrifuqaların sayını azaltmağa razılıq vermişdi.

Analitiklərin sözlərinə görə, İranın bu addımı Qərb ölkələri tərəfindən müsbət irəliləyiş kimi şərh oluna bilər.

İranla əldə olunan müvəqqəti razılaşmanın vaxtı İyul ayında bitəcək.

5+1 ölkələri İrandan nüvə proqramını minimum səviyyəyə qədər məhdudlaşdırmasını tələb edir. Ölkənin ali dini lideri Ayətullah Əli Xamanei danışıqlara dəstək olsa da, İranın nüvə proqramından əl çəkməyəcəyini qeyd edib.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org