"İran xalqının inkişafı sanksiyaları zərərsizləşdirib"
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-uzma Xamenei cənabları çərşənbə günü axşam üstü İran dövlət universitetlərinin idarə heyətinin üzvləri və tədqiqatçı alimlərini qəbul ediblər.
Qəbul zamanı o həzrət xatırladıblar: Düşmən sanksiya vasitəsindən istifadə edərək iranlıların milli heysiyyətinə xələl gətirməyə çalışır. Düşmən İran xalqını bu təpkilər yolu ilə aşağılamaq istəyir. Lakin hərəkat və elmi inkişafın davamlı xətti düşmənin bu planını zərərsizləşdirəcək.
İranda İslam İnqilabının zəfər qazanması ardınca bu ölkə xalqının düşmənləri o cümlədən Amerika İrana qarşı embarqo və sanksiya siyasətini gündəmdə qərar verdilər.
İranda xəlqi qüvvələrin dini etiqad iradəsi ilə öz töhfəsini verən bu cihanşimul inqilab dərhal tarixdə özünə böyük yer açdı. Və bu istiqamətdə dünyanın mütəfəkkir siyasi şəxsiyyətləri bu inqilabın amallarını qarşılamağa başladılar.
Bu vəziyyətdən son dərəcə qorxan düşmənlər İranın bu tarixi qələbəsinin amallarını təsirsizləşdirməyə başladılar. Ona görə də bu istiqamətdə müxtəlif vasitələrdən o cümlədən embarqo və təzyiq vasitələrindən istifadə etməyi öz prioritetlərində qərar verdilər.
Vaxtı ilə İran müxtəlif sahələrdə o cümlədən elmi sahədə müstəqil əməl etmə iqtidarında deyil idi.
Lakin İslam İnqilabının əzəmətli qələbəsi ardınca İran öz əsas siyasətini istiqlaliyyət sevərlik və yerli texnologiyaya söykənmək üzərində təmərküzləşdirdi.
İran İslam quruluşunun mövcudluq fəlsəfəsini nəzərə alaraq demək olar ki ,bu iki mühüm prinsip yəni istiqlaliyyət sevərlik və özünütəmin etmə bütün elmi, siyasi, iqtisadi və mədəni sahələrdə İran İslam inqilabının hərəkət potensialının özülünü təşkil etmişdir. Sevindirici haldır ki, tarixi islam inqilabının təməlinin qoyulduğu ildən bəri bu proses müxtəlif elmi sahələrdə öz təsirini göstərib və hələ də yolunu davam etməkdədir.
Müxtəlif müstəvilərdə o cümlədən elmi sahələrdə İranın inkişafı milli texnologiyadan istifadə etmək və islam prinsiplərini qorumaqla inqilabın yaşanmasına kömək edib. Bu güclü siyasi strategiyanın sayəsində İran İslam Respublikasının banisi İmam Xomeyni (r.ə) həzrətlərinin "biz bacara bilərik" tarixi şüarı İran xalqının inkişafına səbəb olub. ona görə də düşmənlər tərəfindən İran xalqına göstərilən təzyiqlər bu günə kimi tam təsirsiz ötüşüb və İran xalqı öz inkişaf yolunu tam sürətlə davam edir.
İmam Xomeyni (r.ə)-in bu tarixi şüarı sayəsində gənc iranlı mühəndis və alimlər elmin zirvələrini fəth edirlər. Vaxtı ilə dünyada təkcə bir neçə məlum ölkə elm və texnologiyanı özlərinin monopoliyasında saxlamışdılar. Lakin İran ölkəsi, İslam İnqilabından sonra monopoliyanı sındıra bilən birinci ölkə olub.
Müxtəlif elmi sahələrdə o cümlədən tibb sahəsində İranın dəyərli nailiyyətləri yaxud ana hüceyrələr və nano texnologiya kurslarında bu ölkənin mərcə mənbəyi olması sanksiyalar dövründə qazandığı nailiyyətlərindəndir.
İran göstərilən təzyiqlərə rəğmən hazırda dünyada tibb sahəsində yüksək bir bazaya malikdir. Bu da gənc iranlı alimlərin güclü iradəsinin sayəsində əldə olunub.
Böyük İnqilab Rəhbərinin təbirincə desək hazırda İranın elmi inkişaf xətti təqdirə layiqdir və bu ölkənin nailiyyətləri dünya ictimaiyyətini heyrətləndirib və beynəlxalq aləmdə İİR-nin elmi sıçrayışının təqdimatı keçirilib.
İranın istər daxili istər xarici nəzərdən indiki kimi elmi mövqeyi sanksiyalar dövründə əldə olunub.
İslam İnqilabının qələbəsi ardınca İrana qarşı qoyulan sanksiyaların növü fərqli olub. Lakin bu ölkənin müxtəlif sahələrdə irəliləməsi ilə paralel olaraq sanksiyaların da növü dəyişib.
Bu onu deməyə əsas verir ki, sanksiyalar İranın sürətli elmi inkişaf xəttinə ciddi təsir göstərə bilməyib və "biz bacara bilərik" şüarının gerçəkləşməsi ilə artıq İran xalqı heç bir zaman təhqir edilməyəcək. Nüvə elmi və texnologiyası sahəsində İranın inkişafı və düşmənlərin bu məsələyə reaksiya verməsi xüsusilə də güclü dövlətlərin İranı nüvə müzakirələri masası arxasına çəkməyə dair səyləri göstərir ki, sanksiyalar tətbiq etmək üslubunun tarixi keçib və nəticəsizdir. Ona görədir ki, mövcud vəziyyətdə elmi qüdrətə malik dövlətlər dünyanın elmi qütblərindən biri kimi olan İranın mövcudluğunu təsdiqləməyə məcburdurlar.
aran.irib.ir













