Главная » 2014 » Декабрь » 25 » İran Rusiyadan ala bilmədiyi silahı özü istehsal etdi

İran Rusiyadan ala bilmədiyi silahı özü istehsal etdi

25-12-2014 в 15:36 просмотров: 180 комментариев: 0 В мире

İran Rusiyadan ala bilmədiyi silahı özü istehsal etdi.

TalyshPost abna-ya istinadən xəbər verir ki,uzun müddət Rusiya ilə İran arasında davam edən S-300 raketləri söz-söhbəti bitmək üzrədir. Belə ki, İran ordusu yeni “Bavar-373” raketləri ilə təchiz ediləcək. Bildirilir ki, raket sisteminin son sınaqları aparılır və yaxın zamanlarda istismarı üçün ölkənin hava hücumundan müdafiə bölmələrinə təhvil veriləcək.

Raketin texniki xüsusiyyətləri barədə danışan “Xatəmul-Ənbiya” HHQ-nin komandanı, briqada generalı Fərzad İsmaili bildirib ki, zenit-raket kompleksi kiçik, orta və uzaq mənzilli raketləri tam şəkildə zərərsizləşdirə bilir. Bundan əlavə, S-300 raketlərindən fərqli olaraq sistem 2 dəfə artıq - 100 hədəfi izləmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, 2007-ci ildə əldə olunan razılığa görə Rusiya ölkəyə ən azı 5 ədəd S-300 zenit raket kompleksi verməli idi. Lakin Moskva BMT-nin qətnaməsini bəhanə gətirərərk, raketləri təhvil verməkdən imtina etmişdi.

 

 

 

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org