İran prezidentinin mətbuat konfransındakı qətiyyətli çıxışı

- Nüvə müzakirələri
Bu gün hamıya aydındır ki, İran İslam Respublikası həm müzakirə əhlidir, həm də müzakirədə ciddidir.
Əgər iyulun 20-də keçiriləcək müzakirələrdə də yekun razılığa gəlməriksə, bu, aydın olmalıdır ki, heç vaxt şərait qabaqkı şəraitə qayıtmayacaq.
Amma iki məsələdə ixtilafımız yoxdur, birincisi, İran zənginləşdirməni davam etdirəcək və bu, bizimlə onların arasında ixtilaf yeri deyil və bir kəsin təsəvvürünə gəlməsin ki, İranda zənginləşdirmə dayanacaq.
İkincisi, əgər razılıq əldə olunarsa, mütləq sanksiyalar aradan götürülməlidir və onda da fikir birliyinə malikik. Bir də bu altı ayda da bəzi sektorlarda sanksiyalar aradan qaldırılıb.
İranın strategiyası budur ki, İran dünya ilə faydalı anlaşmada əzmkardır və bu, nüvə bəhsindən daha mühümdür və nüvə bəhsi bu mühüm məsələnin kiçik bir güşəsidir.
- İqtisadi
Siz gördünüz ki, Davosda İrana gəlib, sərmayə qoymaq üçün xarici investorlar necə böyük rəğbət göstərdilər. İran investisiya üçün işlənməmiş bir nöqtədir və bu sahədə inkarolunmaz reallıqlar mövcuddur.
Dünyanın ən iri qaz ehtiyatları İrana aiddir və biz qaz ehtiyatları baxımından dünyanın birinci ölkəsiyik. İran strateji mövqeyə malikdir və görürsünüz ki, bizim dəmir yolumuz dünyanın müxtəlif xəttlərinə qoşulur və Türkiyəyə bu son səfərdə biz türk tərəflə müzakirə edib, qərara aldıq ki, mövcud olan və Van-a doğru gedən dəmir yolu xəttindən əlavə, yeni bir dəmir yolu xətti Bazərqan səhədindən Türkiyəyə qovuşsun ki, əslində heç bir yerdəyişmə olmadan biz Aralıq dənizi və Qara dənizdən Fars Körfəzi və Oman dənizinədək bu dəmir yolu xəttinə malik ola bilərik.
- Qonşular
Təhlükəsizlik baxımından da əlhəmdulillah, İran İslam Respulikası həm ölkə daxilində, həm də bütün regionda əmin-aman bir ölkədir, həmçinin regionun təhlükəsizliyi üçün səy göstərmişik.
Qonşularla əlaqələr və onlarla həmkarlıq bizim regional problemlərimizin həllində son dərəcə yaxşı zəmin olabilər. İran xalqına bu əminliyi verirəm ki, İraq xalqının özü terrorizmi dəf etməyə qadirdir və İraqın təqlid mərcəyi- Ayətullah Sistaninin müdafiə üçün hər kəs əlinə silah götürə və özü və ölkəsini müdafiə edə bilərsə... cümləsi fitva və olduqca mühüm bir nəzərdir. Bizim üçün mühüm olan məsələ, İraq xalqı və dövlətinin istəyidir və əgər bizdən bir kömək istəyərlərsə, biz buna hazırıq.
İran İslam Respublikası sərhədlərinə yaxınlaşacaq hər bir terror qrupu ilə ehtiyac duyulan hər bir vasitə ilə rəftar edəcək və biz öz ərazi bütövlüyümüzü müdafiə edəcəyik.
- Dövlət xalqdan üzr istəmək şücaətinə malikdir
Mən və dövlət bu şücaətə malikik ki, əgər səhv edəriksə, xalqdan üzrxahlıq edək, zira dövlət xalqa məxsusdur və xalq bizim böyüyümüzdür və öz səhvini qəbul etməyən bir kəs də heç vaxt tərəqqi etməyəcək və dövlət də səhvi qəbul etməklə həll yolunun ardıncadır.
200-dən yuxarı müxbir, jurnalist, fotoqraf və kinooperator İran prezidentinin mətbuat konfransında iştirak edirdi. Avropa, Amerika, Asiya və regionun ərəb ölkələrindən olan jurnalist və müxbirlər bu mətbuat konfransını işıqlandırdılar.













