Главная » 2014 » Июнь » 17 » İran-Azərbaycan əməkdaşlıqları genişlənir

İran-Azərbaycan əməkdaşlıqları genişlənir

17-06-2014 в 21:53 просмотров: 157 комментариев: 0 В мире

İranın rabitə və informasiya texnologiyaları naziri və Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri iki ölkə arasında beynəlxalq və regional əməkdaşlıqların genişlənməsinin vacibliyini vurğulayıblar.

 

İRNA-nın məlumatına görə, Mahmud Vaizi və Əli Abbasov bu gün çərşənbə axşamı günü Tehranda iki ölkənin rabitə, telekommunikasiya, İC, İCT və bank xidmətləri sahələrində əməkdaşlıqları barəsində anlaşmalar əldə ediblər.

Bu görüşdə bu ilin avqust ayında iki ölkənin müştərək iqtisadi komissiyası barəsində Bakıda iclasın keçirilməsi qərara alınıb. Bu iclasın keçirilməsinə hazırlıq işləri görülməkdədir.

İranın rabitə və informasiya texnologiyaları naziri İpək Yolu tranzitinə toxunaraq deyib: Bu layihə ilə tranzit Almaniyanın Frankfurt şəhərindən Azərbaycan Respublikası, İran və Oman vasitəsi ilə Asiyaya çatacaqdır.

Poçt əməkdaşlıqları anlaşmasının imzalanması və Azərbaycan Respublikası, Türkiyə, İran və Qırğızıstan arasında hava yolları xilas sistemi barəsində maliyyə mübadilələrinin aparılması İran və Azərbaycan Respublikası nazirlərinin Tehran anlaşmalarından olub.

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib: İranın rabitə və informasiya texnologiyaları naziri ilə bugünkü iclasda iki ölkə arasındakı texnologiya və requlyator əməkdaşlıqları araşdırıldı və ikitərəfli iqtisadi münasibətlərin yüksək səviyyəyə çatdırılması qərara alındı.

Əli Abbasov bildirib: Azərbaycan və İran diqqəti cəlb edəcək neft və qaz yataqlarına malikdirlər və iki ölkə bir-birləri ilə iqtisadi anlaşma və əməkdaşlığa inanırlar.

Sərhəd məntəqələrində tranzit və teleradio sahələrində İran və Azərbaycanın yüksək potensiallara malik olduğunu bəyan edən azərbaycanlı nazirin sözlərinə görə, yaxşı bazarlara malik iki ölkə müxtəlif əməkdaşlıq sahələrində bir-birinin təcrübələrindən istifadə edə bilər.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org