Главная » 2014 » Октябрь » 27 » İrəvana axan türk sərmayəsi

İrəvana axan türk sərmayəsi

27-10-2014 в 11:54 просмотров: 179 комментариев: 0 В мире

İstanbulun qızıl bazarına nəzarət edən erməni zərgərlər Ermənistanda bu sektoru inkişaf etdirmək niyyətindədir. 

TalyshPost-ın məlumatına görə, bu barədə İrəvanda keçirilən “Yerevan Show 2014” zərgərlik sərgisində İstanbul Zərgərlər Palatasının sədri, zərgər Norayr İşler bildirib. Sərgidə pavilyonların böyük hissəsi İstanbul şirkətləri tərəfindən tutulub. Türkiyənin iqtisadiyyat paytaxtından sərgiyə 30 şirkət və 130 zərgər gəlib.

“Biz buraya qazanc dalınca gəlməmişik, istəyirik yardım edək”, - deyə İşler bildirib. O daha sonra əlavə edib: “Əlbəttə, Dubayda iş üçün daha çox imkanlar var. Orada dünyanın istənilən ölkəsindən ticarətçilərə və alıcılara rast gəlmək olar. Biz burda da bunu yaratmaq istəyirik”.

Onun sözlərinə görə, İrəvanda çox işlər görülməlidir, o cümlədən infrastruktur - otel, təhlükəsizlik və sığorta sistemi yaradılmalı, bazarlarla əlaqələr yaradılmalıdır. 

 

TalyshPost


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org