İrəvan supermarketlərində Lənkaran çayı
İrəvanın bir neçə supermarketində Azərbaycanın məşhur Lənkəran çayları satılır.
Мəlumata görə, erməni mətbuatı İrəvanın bir neçə supermarketində Azərbaycanın məşhur Lənkəran çaylarının satılmasından yazıb.
Məsələ Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin ərzaq məhsullarının təhlükəsizliyi xidmətinin də diqqətini cəlb edib. Xidmətin mətbuat katibi Armine Sukiasyan bildirib ki, hazırda Azərbaycandan Ermənistana satış üçün heç bir ərzaq gətirilmir. Amma o, əhalinin çantalarla Gürcüstandan Azərbaycan məhsullarını daşımasını da istisna etməyib.
İrəvanda satılan Lənkəran çaylarına gəldikdə isə o, həmin çayların Kubandan gətirildiyini vurğulayıb.
TalyshPost.org













