“İmam Kazım” universiteti “ hücuma məruz qalıb.
İraqın paytaxtı Bağdad şəhərindəki “İmam Kazım” universiteti “İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının hücumuna məruz qalıb.
Talysh Post.org-in xəbərinə görə, terrorçu qruplaşma partlayıcı ilə yüklənmiş avtomobili universitetin qapısında işə salıb.
Baş vermiş güclü partlayışda 5 mühafizəçi ölüb, terrorçuılar isə binaya daxil olaraq müəllimləri və tələbələri girov götürüblər.
Bağdad polis idarəsi əməkdaşlarının keçiridiyi əməliyyatla girovlar xilas edilsə də, 11 girovun yaralandığı bildirilir.
Bundan başqa əməliyyat zamanı 2 polis, 2 mühafizəçi, 2 İŞİD üzvü ölüb, daha bir terrorçu isə üzərinə bağladığı partlayıcını işə salaraq intihar edib.
Talysh Post.org













