Главная » 2014 » Октябрь » 27 » Hazırda ən yüksək sululuq Talış bölgəsi çaylarında müşahidə olunur

Hazırda ən yüksək sululuq Talış bölgəsi çaylarında müşahidə olunur

27-10-2014 в 18:03 просмотров: 157 комментариев: 0 В мире

Ekologiya və Təbii Sərvətlər Nazirliyi leysan yağışlarla bağlı məlumat yayıb.

TalyshPost-ın ETSN-nin Milli Hidrometeorologiya Departamentinə istinadla verdiyi məlumata görə, ötən gün ərzində Talış bölgəsinə yağan leysan yağışlar nəticəsində bu ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 41, Lənkəraçay-Sifidorda 23, Vəşərüçay-Daştatükdə 31, Viləşçay-Şıxlarda isə 49 sm artım qeydə alınıb.

Hazırda ən yüksək sululuq Talış bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 320-540, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında 100-130, Kiçik Qafqazın çaylarında 40-110 faizini təşkil edir. 

Oktyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 62 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 106 m3/s təşkil edərək ongünlük normanın 115 faizinə bərabər olub.

Oktyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Bankədə 28, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Şirvanda 14, Salyanda isə 20 sm artım qeydə alınıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 295 sm (2013-cü il oktyabrın 27-də 331 sm), Şirvanda 131 sm (2013-cü il oktyabrın 27-də 166 sm), Salyanda 88 sm (2013-cü il oktyabrın 27-də 119 sm), Bankədə 183 sm (2013-cü il oktyabrın 27-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 22 sm (2013-cü il oktyabrın 27-də 95 sm) təşkil edir.

 

TalyshPost

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org