Главная » 2014 » Сентябрь » 8 » Hərbçilərimiz Ukraynaya gedir

Hərbçilərimiz Ukraynaya gedir

08-09-2014 в 11:35 просмотров: 180 комментариев: 0 Новости

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 8-dən 12-dək Neapol şəhərində (İtaliya) Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminar, 19-dək Tbilisi şəhərində (Gürcüstan) Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursu, sentyabrın 11-dən 28-dək isə Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org