Главная » 2014 » Декабрь » 22 » Gülən Lenin və Hitlerdən danışdı

Gülən Lenin və Hitlerdən danışdı

22-12-2014 в 18:04 просмотров: 156 комментариев: 0 В мире

"Lenin Allahı inkar etsə də əzib öldürdüyü insanları o qədər təhqir etməmişdi".

Məlumatına görə, bunu "Gülən camaatı"nın lideri olan Fətullah Gülən deyib.

ABŞ-da yaşayan Gülən ad çəkməsə də bu çıxışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın özü haqqında dediklərinə sərt cavabı kimi qiymətləndirilib. 

"Paralel hökumət" iddiaları ilə bağlı adı hallanan F.Gülən haqqında həbs qərarı çıxarılıb. Bu qərardan sonra ilk çıxışını edən Gülən bu ittihamların münafiqlərin əməli olduğunu deyib. O, çıxışında Hitler və Leninin adını hallandırıb. 

"Dünən yoldaşlar ən qəlizləri seçiblər. Böyük bir sənəddir. Bi ildə 400 söyüş var. Hitler o qədər mərhəmətsiz, o qədər qəddar olmasına baxmayaraq 400 söyüşdən istifadə etməyib". 

Fətullah Gülən bir nəfərin ortaya bir iddia atdığını, başqalarının da bunu təkrar edə-edə durduqlarını deyib. 

Onun sözlərinə görə, əlli dəfə əcnəbi dövlət adamlarına telefon edib, camaatın məktəblərini bağlamaq müqabilində nələrsə vəd edirlər. "Dünyanın qurtuluşu bu məktəblərin bağlanmasına bağlıdır, kimi məntiqi olmayan təxribat..."

ANS

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org