Göydələn qəbiristanlıq
İtaliyada şaquli qəbiristanlıq inşa ediləcək. Мəlumatına görə, bu qeyri-adi məzarlığın Şekspirin Romeo və Culyettasının şəhəri Veronada ucaltmağı planlaşdırırlar.
Göydələn qəbiristanlıq 33 mərtəbəli olacaq və burada 24 min məzarın yerləşdirilməsi nəzərdə tutulub. Belə qeyri-adi layihənin inşasına verilən qərar adi məzarlıqlar üçün artıq şəhərdə yer qalmadığı ilə əlaqələndirilir. Şəhər sovetinin məmurları artıq qabaqcadan layihəni bəyəndiklərini açıqlayıblar.
Çoxmərtəbəli qəbiristan ucaltmaq ideyası Avropada ilk dəfə Norveçdə reallaşdırılıb. Layihə təxminən 1 il bundan əvvəl Norveçdə təqdim edilib. Hazırda Hindistanda belə bir tikinti var.
TalyshPost.org













