Futbolda seksə yaşıl işıq
2014-cü il Braziliyada keçiriləcək dünya çempionatı zamanı Kosta Rika yığmasının üzvlərinə sekslə məşğul olmaq icazəsi verilib.
Talysh Post.org-ın məlumatına görə, millinin baş məşqçisi Xorxe Luis Pinto seksin oyunçuları rahatladacağını bildirib.
Lakin Pinto hər şeyin öz qaydasında olmasını da məsləhət görüb. Daha öncə onun Braziliya millisindəki həmkarı Luis Felipe Skolari də futbolçularına sekslə məşğul olmağa icazə verib. Skolari akrobatika elementləri olmadan, münasib pozlarla məşğuliyyəti məqsədəuyğun sayıb.













